Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Yurgen Klopp məşqçilik fəaliyyətinə qayıdır.
Mis.az xəbər verir ki, o yeni mövsümdə İtaliyada işləyə bilər. İddialara görə, Klopp “Roma” klubunun təklifini qəbul edib.
Qeyd edək ki, “Roma” İtaliya çempionatında bu mövsüm uğurlu oyun nümayiş etdirə bilməyib. Klaudio Ranyerinin istefaya göndəriləcəyi irəli sürülür. Bundan əvvəl, Yurgen Kloppun adı “Real Madrid” klubu ilə hallanmışdı. İddialara görə, Klopp təklifi rədd edib. 2015-2024 illərdə “Liverpul”u çalışdıran Klopp, İngiltərə klubundan ayrılandan sonra “Red Bull” qrupunda Qlobal Futbol Rəhbəri vəzifəsində çalışır.