Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Azərbaycan Tibb Universitetinin (ATU) I Müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Ramin Süleymanlı uzunsürən xəstəlikdən sonra vəfat edib.
Mis.az xəbər verir ki, bu barədə məlumat universitetin rəsmi sosial şəbəkə hesabında paylaşılıb.
Qeyd edək ki, Ramin Süleymanlı 2023-cü ildə ATU-nun I Müalicə-profilaktika fakültəsinin I kursuna qəbul olunmuşdur.