Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
“Teşkilat” serialına yeni bir aktrisa daxil olacaq.
Mis.az xəbər verir ki, braziliyalı-türk aktrisa Jessica May serialın 144-cü bölümündə “Matilda” obrazı ilə izləyicilərin qarşısına çıxacaq.
Jessica May 1993-cü ildə Braziliyanın Paranacity şəhərində doğulub. 2017-ci ildə “Yeni Gelin” serialında baş rolda çıxış edərək tanınmağa başlayıb. Daha sonra “Yalnız Kurt” serialında “Meryem” obrazını canlandırıb . Həmçinin, “Maria ile Mustafa” serialında da rol alıb .
“Teşkilat” serialının baş rollarında Tolga Sarıtaş və Emre Yıldırımer yer alır.