Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
“Barselona” klubu “Mançester Siti”nin futbolçusu Erlinq Holannı transfer etmək istəyir.
Mis.az xəbər verir ki, “Barselona” gələn mövsümün sonunda futbolçunun 175 milyon avroluq sərbəst qalmaq məbləğini ödəyə bilər. Qeyd edək ki, Erlinq Holannın “Mançester Siti” ilə müqaviləsi 2034-cü ildə yekunlaşır. Bundan əvvəl futbolçunun müqaviləsində sərbəst qalmaq bəndinin yer almadığı irəli sürülmüşdü. Lakin bəzi mənbələr bu bəndin olduğunu ifadə edib.
Bildirilir ki, Erlinq Holannın müqaviləsindəki sərbəst qalmaq məbləği bu mövsüm deyil, gələn mövsümün sonunda qüvvəyə minəcək.