Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
“Real Madrid”in xidmətində maraqlı olduğu "Bornmut"un müdafiəçisi Din Hoysen digər təklifləri rədd edib.
Mis.az xəbər verir ki, istedadlı futbolçu “Çelsi” klubundan da təklif alıb. Lakin o “Real”a transfer olmaq üçün təkliflərdən imtina edib. Bildirilir ki, futbolçu “Real”ın təklifinə razılıq verib.
Qeyd edək ki, Din Hoysenin "Bornmut"la müqaviləsi 2030-cu ildə yekunlaşır. Futbolçu bu mövsüm 34 oyunda 3 qolla çıxış edib. Futbolçunun mövsümün fasiləsində “Real”ın transfer siyahısında olduğu irəli sürülmüşdü. Məlumata görə, “Real” rəhbərliyi klubun uğursuzluğuna görə mövsümün fasiləsində transferlər həyata keçirməyə üstünlük verməyib.