Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
“Fənərbaxça” yeni mövsüm üçün yeni heyət qurmaq üzərində işləyir.
Mis.az xəbər verir ki, “Fənərbaxça” bir sıra futbolçularla yolları ayıracaq. "TRT Spor"da dərc edilən xəbərə görə, rəhbərlik 10-a qədər futbolçunu heyətdən göndərmək istəyir. Məlumaya görə, Yusuf Akçiçek və Dominik Livakoviç əcnəbi klublardan təklif alıb və futbolçular klubdan ayrılmağa qərar verib. Edin Ceko, Duşan Tadiç, və Brayt Osayi-Samuelin müqaviləsi mövsümün sonunda yekunlaşır. İddia edilir ki, klub rəhbərliyi futbolçularla yeni müqavilə imzalamayacaq. “Fənərbaxça” müdafiəçi Dieqo Karlosu da heyətdən göndərmək istəyir.
Bildirilir ki, Sebastian Şimanski, Amrabat və Fred üçün yüksək təklif olarsa, “Fənərbaxça” onların getməsinə razılıq verəcək.