Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Xəbər verdiyimiz kimi, Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini Azərbaycanın Hərbi prokuroru təyin edilib. Bu barədə Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Bəs Bəhruz Əhmədov kimdir?
Mis.az xəbər verir ki, o, 4 iyul 1984-cü ildə Neftçala rayonunda anadan olub. Bakı Dövlət Üniversitetinin hüquq fakültəsini bitirib.
2018-ci ildə Qazax rayonunun Hərbi prokuroru olub. 2020-ci ildə Ədliyyə polkovnik-leytenantı Bəhruz Əhmədov Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
2021-ci ildə Hərbi Prokurorluğun İstintaq İdarəsinin rəisi Polkovnik Bəhruz Əhmədov "Vətən uğrunda" medalı ilə təltif edilib.
Sevinc İbrahimzadə / Mis.az