Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
Bəzən parfümeriya mağazalarında xaricdəyüzlərlə manata satılan məşhur ətir brendlərinin eyni qablaşdırmada, lakin xeyliucuz qiymətə təqdim olunduğunun şahidi oluruq. Məsələn, orijinal versiyası300-400 manata olan bir ətirin ölkəmizdə 70-100 manat arasında satılmasıistehlakçılarda haqlı olaraq suallar doğurur. Əgər həmin məhsul xaricdə buqədər bahadırsa, o zaman məntiqlə ölkəyə idxal edildikdə də eyni dəyəri qoruyubsaxlamalıdır. Bəs bu uyğunsuzluğun səbəbi nədir? Ətirlərin ucuz satılmasıonların orijinallığına şübhə yaradırmı?
Parfümeriya şəbəkələrindən birinin satışmeneceri Yunus İsmayılov Mis.az-a açıqlamasında bildirib ki, hər bir orijinalməhsul satılanda onun əsas göstəriciləri – barkod, təsdiqləmə və istehsalsənədləri fabrikdən birbaşa gəlir.
O, ətirlərin xam maddələrinin də buradarolunun olduğunu deyib:
“Məsələn, elə fabriklər var ki, onlarözlərinin yeni və orijinal xam maddələrini ayrıca hazırlayır. Ona görə də həminməhsullar "orijinal" sayılır. Məsələn, “Imperial” kimi bir ətri götürsək,onun xammalı ilə orijinalı arasında cüzi fərqlər olur. Çünki şüşəsi birbaşazavodda xüsusi hazırlanır. Təkcə qablaşdırmasının dizaynına 500-600 manatarasında vəsait ayrılır. Bu səbəbdən də həmin məhsulların qiymətində fərqləryaranır. Yağlar bizə gəlib çıxana qədər müəyyən proseslərdən – filtrasiya vəuyğunlaşdırmadan keçir. Azərbaycanda artıq yerli istehsallar da mövcuddur və buməhsullar da müəyyən standartlara uyğun hazırlanır. Yağlar alüminium bankalardagəlir və satışa çıxarılır”.
Y.İsmayılov hər ətrin özünəməxsus qiymətiolduğunu qeyd edib:
“Məsələn, “Chanel” markasının köhnə və yeniversiyalarında fərq böyükdür – həm tərkib, həm dizayn, həm də qiymətbaxımından. Orijinal ətirlərdə təkcə qablaşmanın qiyməti 40-50 manat təşkil edəbilər. Bəzi mağazalar isə bu məhsulları qazanc məqsədilə daha ucuz qiymətətəklif edir. Müştərilər adətən hansı məhsulun orijinal olduğunu tanıyırlar vəqiymətlərə uyğun seçim edirlər. Fabriklərdə məhsulların bahalı və ucuzversiyaları mövcuddur. Məsələn, Almaniyanın "Amberhen", Türkiyəninböyük zavodları, Fransanın ətir fabrikləri – bunların hamısının öz standartlarıvə qiymət seqmentləri var. Lüks məhsullar var ki, onların qiyməti çox yüksəkolur və hər müştərinin büdcəsinə uyğun deyil. Ona görə də oxşar qoxulu, lakindaha münasib qiymətə olan məhsullar hazırlanır. Onların qoxusu 75-85% oxşarlıqgöstərir və qənaət baxımından sərfəlidir”.
Parfümer ətirlərin qalıcılığındandanışarkən bildirib ki, ətrin qoxusunun üç gün qalması absurd bir fantaziyadır:
“Tünd ətirlər paltarda iki gün qala bilər.Amma şleyf – yəni qoxunun havada yayılması – normalda 6-7 saat davam edir.Hətta orijinal ətirlərdə də bu fərqlidir. Konsentrasiyalar olur: "eau detoilette", "eau de parfum", "parfum extrait" və s.Fabrikdən gətirilən yağlar adətən yüksək tərkiblə olur, əlavə seyreltməyəehtiyac qalmır”.
Y.İsmayılov ətirlərin dəriyə zərərləriməsələsinə də toxunub:
O qeyd edib ki, xam maddələrin içində olanbəzi notlar insan dərisinə uyğun gəlməyə bilər, amma gətirilən məhsullar xüsusisertifikatla, yoxlanışla təchiz olunur:
“İndiyədək dəriyə və ya üzə zərər hallarımüşahidə olunmayıb. Bəzən psixoloji faktorlar rol oynayır, yəni bir insanhansısa ətirə alışıbsa, digərinə adaptasiyası çətin olur. Ümumiyyətlə, ətir çoxhəssas bir sahədir, sevginin bir digər adıdır. Ətir insanı keçmişə aparır,hisslər oyadır. Ona sadəcə qoxu kimi deyil, zövqlə və anlayışla yanaşmaqlazımdır”.
Sevinc İbrahimzadə / Mis.az