Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
Cənubi Amerika ölkəsi Çilidə təcili yardım təyyarəsi qəzaya uğrayıb.
Mis.az xəbər verir ki, hadisə nəticəsində təyyarədə olan pilot, köməkçi pilot, həkim, tibb bacısı, xəstə və xəstə köməkçisi olmaqla 6 nəfər həyatını itirib. Yerli mənbələrin məlumatına görə, hadisə Metropilitan bölgəsinin Kurakavi şəhərinin dağlıq ərazisində qeydə alınıb. Əraziyə xilasedicilər cəlb edilib. Axtarışlar zamanı təyyarənin qalıqlarına rast gəlinib.
Çili prezidenti Qabriel Borik sosial media hesabındakı açıqlamasında qəzada həyatını itirənlərin yaxınlarına başsağlığı verib. Onun sözlərinə görə, həlak olanların cəsədlərinin tapılması üçün axtarışlar davam edir. Faciənin səbəbləri araşdırılır.