Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
Abşeronda sexdə baş verən yanğın məhdudlaşdırılıb.
Mis.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, FHN qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sexdə baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
13:41
Abşeron rayonda sexdə yanğın başlayıb.
Mis.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildrilib.
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sexdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.