Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
"Beşiktaş"a derbidə məğlubiyyətdən sonra "Fənərbaxça”nın məşqçisi Joze Mourinyonun istefası müzakirə edilir.
Mis.az xəbər verir ki, "Fənərbaxça” adı Portuqaliya millisi və Səudiyyə Ərəbistanı klubları ilə hallanan Joze Mourinyonu istefaya göndərə bilər. "Takvim" qəzetinin iddiasına görə, derbidən sonra klub rəhbərliyində yer alan Acun Ilıcalı, Hakan Safi və Mario Branko ilə stadionda iclas keçirən prezident Ali Koç Mourinyo ilə yolları ayırmağa razılıq verib.
Nüfuzlu jurnalist Serdar Əli Çelikler "Fənərbaxça”nın 4 məşqçi ilə danışıqlar apardığını irəli sürüb. Onun iddiasına görə, Ahmet Ketenci, İsmail Kartalın məşqçi gətirilməsini istəyir. Hakan Safi Mourinyo tərəfdarıdır, Acun Ilıcalı, Sergen Yalçın və ya Montellanın tərəfdarıdır. "Fənərbaxça”da Emre Belözoğluya dəstək ifadə edənlər də var.