Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
Bəzən ictimai nəqliyyatda, xüsusilə dəavtobuslarda sərnişin sıxlığı dözülməz həddə çatır. Pik saatlarda vəziyyət dahada ağırlaşır, elə anlar olur ki, avtobusda nəinki hərəkət etmək, nəfəs almaqbelə çətinləşir. Halbuki bir çox avtobusda maksimum sərnişin tutumu ilə bağlıməlumat lövhələri yerləşdirilib. Lakin təəssüf ki, sürücülərin əksəriyyəti buqaydalara əməl etmir və nəticədə həm sərnişinlərin narazılığı artır, həm dətəhlükəsizlik riski yaranır.
Bəs avtobuslarda sərnişinlərintənzimlənməsinə nəzarət necə aparılır?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin(AYNA) mətbuat katibi Tural Orucov Mis.az-ın sorğusuna cavab olaraqbildirib ki, AYNA tərəfindən Bakı şəhərində müntəzəmsərnişindaşıma sahəsində keyfiyyətin artırılması, ictimai nəqliyyatıntənzimlənməsi və sərnişindaşıma marşrutlarının təkmilləşdirilməsi istiqamətindəmütəmadi olaraq monitorinqlər aparılır:
“Günün pik saatlarında yaranan nəqliyyatsıxlığı səbəbindən avtobusların intervallarında artım müşahidə edilir.Marşrutlar üzrə avtobusların sayının sərnişin axınına uyğun nizamlanması, piksaatlarda sərnişin sıxlığı yaranacağı təqdirdə marşruta əlavə avtobusların cəlbedilməsi, marşrutun nizamlı fəaliyyətinin təmin olunması daşıyıcılarındiqqətinə çatdırılır”.
“Eyni zamanda avtobuslarda qayda pozansürücülər aşkarlandığı təqdirdə onlar barəsində müvafiq tədbirlər görülür”, -deyə T.Orucov qeyd edib.
Sevinc İbrahimzadə / Mis.az