Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
Son illərdə qadınlar arasında kirpik qaynağı vəkirpik laminasiyası prosedurlarına maraq xeyli artıb. Daha uzun, qalın vəformalaşdırılmış kirpiklərə sahib olmaq üçün tətbiq olunan bu üsullar estetikbaxımdan cazibədar görünsə də, onların göz sağlamlığına təsiri ilə bağlımüəyyən risklər də mövcuddur.
Oftalmoloq həkim Elnarə Məmmədova Mis.az-aaçıəqlamasında bu prosedurları məsləhət görmədiyinisöyləyib:
“Həm kiprik qaynağı, həm də kipriklaminasiyası zamanı göz hərəkət etdikdə tətbiq olunan materiallar buynuz qişayatoxunur və ona müəyyən təsir göstərir. Nəticədə buynuz qişanın səthinahamarlaşır və xəstədə diskomfort hissi yaranır. Bəzən kiprik qaynağı edilmişpasiyentlərdə kipriklərin üzərində toz yığılıb qalır, çünki bu cür kipriklərtam təmizlənmir. Bu isə “demodeks” adlanan kiprik gənəsinin yaranmasına səbəbola bilər. Kipriklərdə toz və digər çirklər infeksiyaların və mikroblarınyayılmasına şərait yaradır”.
E.Məmmədova əlavə edib ki, bu prosedurlarhətta buynuz qişada eroziya və qıcıqlanmaya səbəb ola bilər:
“Əgər mütləq istifadə olunacaqsa, bu,maksimum bir aylıq olmalıdır. Lakin ən yaxşısı odur ki, qadınlar təbii kipriklərindənistifadə etsinlər, bu, göz sağlamlığı baxımından daha təhlükəsizdir”.
Sevinc İbrahimzadə / Mis.az