Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
Bəzən marketlərdə üzərində heç bir etiket və yaməlumat olmayan qida məhsullarına rast gəlirik. Məsələn, bəzi kolbasa və ya ətməhsullarında istehsal və son istifadə tarixi, tərkib və mənşə kimi vacibməlumatlar qeyd olunmur. Bu cür halların artması həm istehlakçılarınsağlamlığı, həm də qida təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur.
Azad İstehlakçılar Birliyinin (AİB) sədriEyyub Hüseynov Mis.az-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən, ölkəninəmtəə bazarında satışa çıxarılan bütün qida məhsulları etiketləşdirilməlidir:
“Etiketlərin üzərində buraxılma tarixi, sonistifadə müddəti, istehsalçı müəssisənin adı və digər zəruri məlumatlar qeydolunmalıdır. Bu qayda ət və pendir kimi məhsullara da şamil edilir. Əslində belə məhsullar yalnız bu qərara uyğun şəkildə satışa qəbul edilməlidir. Böyükmarketlərdə və marketlər şəbəkələrində bu məsələnin həlli qismən təmin olunub.Lakin kiçik marketlərdə və meyvə-tərəvəz satılan yerlərdə vəziyyət fərqlidir.Kartof, soğan, göyərti kimi məhsullar qablaşdırılmalı və üzərlərində müvafiqetiketlər olmalıdır. Bu sahədəki boşluqlar istehlakçı hüquqlarının pozulmasınasəbəb olur. Xüsusilə bazarlarda bu problem daha geniş yayılıb - məhsullar açıq vənəzarətsiz şəkildə satılır”.
E.Hüseynov qeyd edib ki, bu cür hallarınnəticəsi olaraq əhali köhnə və yararsız məhsullarla qidalanmaq riski ilə üz-üzəqalır:
“Bu isə öz növbəsində sağlamlıqproblemlərinə, həkim qəbulunda növbələrin artmasına, apteklərin yüklənməsinə vədigər mənfi hallara yol açır. Hökumət bu məsələyə ciddi yanaşmalıvə müvafiq nəzarət tədbirlərini gücləndirməlidir”.
Sevinc İbrahimzadə / Mis.az