Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib.
Mis.az xəbər verir ki, bu barədə Pakistan Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri məlumat verib.
Onun sözlərinə görə, Hindistan ordusunun hədəfi Pəncab əyalətinin Bahavalpur və Azad Kəşmirin iki şəhəri - Kotli və Müzəffərabad olub.
Pakistan üç şəhərinə endirilən raket zərbələrinə cavab olaraq Hindistandakı hədəfləri vurub. Qeyd olunub ki, qərar Hindistanın mülki şəxslərə hücumu səbəbindən qəbul edilib.