Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
"Bayer Leverkuzen"in futbolçusu Florian Virtz "Bavariya" ilə razılıq əldə edib.
Mis.az xəbər verir ki, futbolçu bununla bağlı kluba məlumat verib. "Goal" nəşrinin məlumatına görə, futbolçu mövsümün sonunda “Bavariya”ya transfer olmaq istəyir. İddialara görə, “Bavariya” futbolçuya 5 illik müqavilə və illik 25 milyon avro məvacib təklif edib. Tərəflərin razılığa gəldiyi bildirilib.
Qeyd edək ki, "Bayer Leverkuzen"in “Real Madrid”ə gedəcəyi barədə xəbərlər dərc edilmiş və məşqçinin “Real”dan Florian Virtzin transferini istədiyi irəli sürülmüşdü.