Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
ABŞ-nin Nyu-Meksiko ştatında 5,3 maqnitudada zəlzələ qeydə alınıb.
Mis.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Uayts Siti şəhərindən 57 km cənubda, zəlzələ ocağı 6,3 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Bundan başqa, ABŞ-nin qərbində yerləşən Texas ştatında 5,4 maqnitudada zəlzələ baş verib. Zəlzələ ocağı səkkiz kilometr dərinlikdə yerləşib.
Mümkün tələfat və dağıntılar barədə hələ məlumat yoxdur.