Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
Gürcüstanda 18 yaşına çatmamış şəxslər marixuana çəkdiklərinə görə cərimələnəcəklər.
Mis.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə qərar 2025-ci ilin iyun ayından etibarən qüvvəyə minəcək.
18 yaşına çatmamış şəxslərə marixuanadan istifadə etdiklərinə görə cərimə 500-1000 lari (182-364 dollar) arasında olacaq.
Polisin əsaslı şübhə yarandığı halda, yeniyetmədə narkotik maddə olub-olmadığını yoxlamaq və müayinədən keçməkdən imtina etdiyi təqdirdə lazımi tədbirlər görmək hüququ olacaq.