Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
Misli Premyer Liqasının XXXIII turunda “Neftçi” "Kəpəz"lə heç-heçə edib.
Mis.az xəbər verir ki, “Neftçi Arena”da baş tutan matç 2:2 hesabı ilə yekunlaşıb.
Bu matçdan sonra xallarının sayını 29-a çatdıran “Kəpəz” 9-cu yerdə qərarlaşıb. “Neftçi” isə 37 xalla 6-cıdır.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Zirə" evdə "Turan Tovuz"a 1:0, “Qarabağ” isə “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəlib. “Araz-Naxçıvan” - “Sabah”, "Şamaxı" - "Səbail" qarşılaşmaları isə 1:1 hesabı ilə nəticələnib.