Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
Misli Premyer Liqasının XXXIII turunda “Qarabağ” evdə “Sumqayıt”ı məğlub edib.
Mis.az xəbər verir ki, “Azərsun Arena”da baş tutan qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ötən tur çempionluğu rəsmiləşdirən “Qarabağ” bu nəticədən sonra 80 xalla turnir cədvəlinə başçılıq edir. 8-ci yerdə olan “Sumqayıt”ın isə 30 xalı var.