Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
Abituriyentləri qarşıda mühüm bir mərhələ – blok imtahanlarının birinci cəhdi gözləyir. Bu, onların ali təhsil müəssisələrinə qəbul olmaq şansını müəyyən edəcək.
Bəs bu il blok imtahanında hansı qruplar üzrə ballarda dəyişikliklər gözlənilir?
Təhsil eksperti Rizvan Fikrətoğlu Mis.az-a açıqlamasında bu ilki imtahanlarda müəyyən çətinliklərin olacağını düşünmədiyini söyləyib.
O qeyd edib ki, süsusilə ötən il və ondan əvvəlki illərlə müqayisə etsək, dördüncü qrupu çıxmaq şərtilə, digər ixtisas qruplarında sənədverənlərin sayında artım müşahidə olunur:
“Təbii ki, sənəd verənlərin sayının artması həmin qruplarda rəqabəti gücləndirəcək. Yəni, bu il kifayət qədər rəqabətli bir il olacaq. Abituriyentlər üçün əsas hədəf blok imtahanında maksimum bal toplamaqdır. Xüsusilə hüquq, informasiya texnologiyaları, müəllimlik ixtisasları və idman akademiyasının bəzi ixtisasları üzrə rəqabət daha da güclənəcək”.
Hansı ixtisaslarda ballar yüksələcək?
R.Fikrətoğlunun sözlərinə görə, əmək bazarının tələblərinə uyğun olan, abituriyentlərin daha çox maraq göstərdiyi ixtisaslarda balların yüksəlməsi gözlənilir.
Ekspert bəzi ixtisaslar üzrə keçid ballarının enəcəyini də istisna etməyib:
“Digər tərəfdən, qəbul plan yerlərinin sayının 65 mindən 70 minə qədər artırılması və yeni ixtisasların yaradılması balların stabilliyinə kömək edəcək. Amma istənilən halda daha çox prestij və maraq tələb edən ixtisaslarda balların artması ehtimalı yüksəkdir”.
Sevinc İbrahimzadə / Mis.az