Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında İsrail-Fələstin problemi ilə bağlı ictimai dinləmə keçirilib.
Mis.az xəbər verir ki, Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani burada etdiyi çıxışında İsrailin ölkəsinə hava hücumlarını tənqid edib. O, İsrailin hava hücumlarının ölkəsinin suverenliyini pozduğunu ifadə edib. İsrailin hava hücumlarına görə Suriyanın suverenliyinin pozulduğunu və real təhlükə ilə üz-üzə qaldığını qeyd edən Şeybani bildirib ki, İsrail xaricdən dəstəklənən silahlı qrupları hədəfə aldığını bəhanə edir. Şeybani bu bəhanələrin keçərli olmadığını bəyan edib.
Şeybani bu hücumların insanları cənub sərhədləri boyunca kəndlərini tərk etməyə məcbur etdiyini bildirib.