Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Aprelin 28-də saat 09:45 radələrində mina partlayışı hadisəsi səbəbilə xəsarət alan 1 nəfər (kişi cinsli) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Mis.az xəbər verir ki, bu barədə APA-nın qərb bürosuna TƏBİB-dən məlumat vertilib.
"Alın nahiyəsinin göz ətrafı toxumalarının və burunun çapılmış yarası diaqnozu təyin olunan 1985-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmət göstərildikdən sonra tibb müəssisəsinin Cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti stabil qiymətləndirilir", məlumatda deyilir.