Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə aprelin 21-dən 27-dək icra olunan əməliyyatlar barədə məlumat açıqlayıb.
Qurumdan Mis.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 35 piyada və 36 tank əleyhinə mina, həmçinin 574 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.
Həmçinin qeyd edilib ki, 1925,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət adıçəkilən ərazilərdə həyata keçirilir.