Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
İranın xarici işlər naziri Abbas Əraqçi rəsmi Tehranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün ABŞ ilə aparılan danışıqların gedişindən razı qaldığını bildirib.
Mis.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, İran dövlət televiziyasında jurnalistlərlə söhbətində bildirib.
"Biz danışıqların gedişindən razıyıq. Hər iki tərəf ciddidir. Razılaşmanın əldə olunmasına nikbin baxıram, amma ehtiyatla", - o qeyd edib.