Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Mis.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, araşdırma DİN-in nəzarətinə götürülüb.
Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarışa aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar.
Qeyd edək ki, azyaşlı qızların itkin düşməsi ilə bağlı onların valideynləri aprelin 21-də Mis.az saytına müraciət etmişdilər.