Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Bakının Maştağa qəsəbəsində itkin düşən iki qız tapılıb.
Mis.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarışa aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar.
Hazırda onların qaçma səbəbləri və digər təfərrüatları araşdırılır.
Qeyd edək ki, azyaşlı qızların itkin düşməsi ilə bağlı onların valideynləri aprelin 21-də Mis.az saytına müraciət etmişdilər.