Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
"Qarabağ" Misli Premyer Liqasında çempionluğunu rəsmiləşdirib.
Mis.az xəbər verir ki, bu, XXXII turda baş tutan "Sabah"la səfər oyunundan sonra reallaşıb.
"Bank Respublika Arena" keçirilən matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.
Xallarının sayını 77-yə çatdıran Ağdam təmsilçisi qızıl medalları vaxtından əvvəl təmin edib.
Bu nəticənin ardından "köhlən atlar" Premyer Liqada 12-ci dəfə çempionluq sevinci yaşayıb.