Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Hindistan və Pakistan hərbçiləri arasında Kəşmir bölgəsində ardıcıl üçüncü gecə atışma olub.
Mis.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.
Atışma nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.
Qeyd edək ki, aprelin 22-də Pahalqamdakı turizm mərkəzində 26 nəfər öldürülüb və Hindistan buna görə Pakistan tərəfini ittiham edir, İslamabad isə bu ittihamları əsassız sayır.