Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
"Bayer Leverkuzen"in futbolçusu Qranit Xaka karyerasını Türkiyədə davam etdirmək istəyir.
Mis.az xəbər verir ki, o “Qalatasaray”a trsansfer olmağa razılıq verib. Məlumata görə, futbolçu mövsümün sonunda "Qalatasaray"a keçmək istəyir və yaxın ətrafına bu ehtimalı araşdırmağı deyib. Bildirilir ki, futbolçunun Bundesliqa klubu ilə 2028-ci ilə qədər müqaviləsi var. İddialara görə, "Qalatasaray" isveçrəli futbolçu ilə razılıq əldə edib.
"Qalatasaray" "Bayer Leverkuzen"lə danışıqları davam etdirir. Məlumata görə, "Qalatasaray"dan başqa Səudiyyə klubları da Xakanı transfer etmək istəyir.