Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
“Hərbi avadanlığın (ləvazimatların), hərbi avadanlıq (ləvazimatlar) hesab edilməyən təhlükə potensiallı, o cümlədən xüsusilə təhlükəli yüklərin (malların) mülki və eksperimental hava gəmiləri ilə daşınmasına icazə verilməsi Qaydası” təsdiqlənib.
Mis.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu qayda “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 47.6-cı maddəsinin birinci cümləsinə uyğun olaraq hazırlanıb və hərbi avadanlığın (ləvazimatların), hərbi avadanlıq (ləvazimatlar) hesab edilməyən təhlükə potensiallı, o cümlədən xüsusilə təhlükəli yüklərin (malların) mülki və eksperimental hava gəmiləri ilə daşınmasına icazə verilməsi qaydasını müəyyən edir.
Hərbi avadanlıq (ləvazimatlar), hərbi avadanlıq (ləvazimatlar) hesab edilməyən təhlükə potensiallı, o cümlədən xüsusilə təhlükəli yüklər (mallar) dedikdə yalnız mülki və eksperimental hava gəmiləri ilə daşınmasına beynəlxalq və milli qanunvericiliklə yol verilən yüklər (mallar) nəzərdə tutulur.
Qayda ilə tənzimlənməyən məsələlər “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyaya, həmin Konvensiyanın əlavələri ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, o cümlədən mülki aviasiya sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrin tələblərinə uyğun olaraq tənzimlənir.
Mülki və eksperimental hava gəmiləri ilə hərbi avadanlığın (ləvazimatların) daşınması mülki eksperimental və mülki aviasiyaya münasibətdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinin (bundan sonra – Agentlik), dövlət eksperimental aviasiyasına münasibətdə isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin icazəsi ilə həyata keçiriləcək.