Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Gədəbəy rayonunda qadının dəm qazından zəhərlənərək həyatını itirdiyi bildirilir.
Mis.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. 1980-ci il təvəllüdlü N.M. yaşadığı evin vanna otağında ölü halda tapılıb.
İlkin ehtimallara əsasən, qadının dəm qazından boğularaq öldüyü bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.