Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
“Çelsi” klubu "Yuventus"un futbolçusu Kenan Yıldızı transfer etmək üçün hərəkətə keçib.
Mis.az xəbər verir ki, İngiltərə nəhəngi "Yuventus"la danışıqlar aparıb. Bildirilir ki, “Çelsi” gələn mövsüm komandasını Kenan Yıldızın ətrafında qurmaq istəyir. İqor Tudorun "Yuventus"a keçməsi ilə Kenan Yıldız yenidən parlayıb və yüksələn forması ilə diqqət çəkir. Gənc ulduz xorvatiyalı çalışdırıcının gəlişindən sonra uğurlu oyun nümayiş etdirir. “Foot Mercato”da yer alan xəbərə görə, “Çelsi” futbolçu üçün təklif irəli sürüb. Təklifin təfərrüatlarına yer verilməyib.
Qeyd edək ki, “Yuvnetus” da Kenan Yıldızın məvacibini artırmaqla onunla yeni müqavilə imzalamaq istəyir. “Mançester Yunayted” və “Mançester Siti” klublarının da oyunçunun xidmətində maraqlı olduğu deyilir.