Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
"Fənərbaxça" yeni mövsümün heyətini formalaşdırmaq üçün işlərini davam etdirir.
Mis.az xəbər verir ki, klub “Vasko da Qama”da çıxış edən Lukas Freitası transfer etmək istəyir. "Fənərbaxça" nümayəndələri "Vasko da Qama" - "Flamenqo" matçında futbolçunu tribunadan izləyib. Məlumata görə, Lukas Freitas həm sol cinah müdafiəçisi, həm də mərkəz müdafiəçisi kimi çıxış edə bilər. Lukas Freitas bu mövsüm 12 matçda meydana çıxıb və 1 məhsuldar ötürmə edib. Braziliyalı müdafiəçinin “Vasko da Qama” ilə müqaviləsi 2027-ci ildə yekunlaşır. Futbolçunun transfer dəyəri 1 milyon avrodur.
Qeyd edək ki, “Flamenqo” infrastrukturunda futbol oynayan Lukas Freitas Avropada “Real Valyadolid” klubundan çıxış edib.