Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Artıq iki gündür davamlı olaraq Türkiyədə zəlzələ baş verir və bu da insanlarda narahatlıq doğurur.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Mis.az-a açıqlamasında bildirib ki, Türkiyədə hələ yenə də zəlzələ olacaq.
O, bunun səbəbini güclü zəlzələdən sonra yaranan afterşoklar – davam edir. Xırda təkanlar olacaq, bu normaldır. Məsələn, təkcə bu gecə 18-ə yaxın təkan qeydə alınıb. Ondan əvvəl isə 50-dən çox, dünən isə təxminən 60 təkan olmuşdu. Yəni bu proses hələ davam etməlidir. O vaxta qədər ki, fon səviyyəsinə düşsün. Dağıdıcı zəlzələnin baş vermə ehtimalı yoxdur. Çünki bu qədər təkanlar enerjinin boşaldığını göstərir. Bəzi təkanlar heç hiss olunmaya bilər”.
Q.Yetirmişli Azərbaycanda da güclü zəlzələnin olması ehtimalını dəyərləndirib və davamlı yağan leysan yağışlarının zəlzələ ilə birbaşa əlaqəsi olmadığını da qeyd edib:
“Zəlzələlər yerin dərin qatlarında - 20 km, 30 km, bəzən 60 km və daha dərinlikdə baş verir. Bu səbəbdən səthi hadisələr – sel, yağış və s. ilə zəlzələ arasında birbaşa əlaqə yoxdur. Azərbaycanda güclü, yəni katastrofik zəlzələnin baş vermə ehtimalı çox aşağıdır. Təkanlar isə hər gün olur, bəziləri də hiss olunur. Amma bu, qorxulu deyil”.
Sevinc İbrahimzadə / Mis.az