Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
“Qalatasaray”da icarə əsasında oynayan Viktor Osimhen mövsümün sonunda klubu tərk edəcək.
Mis.az xəbər verir ki, bu barədə Türkiyənin tanınmış futbol şərhçisi Ertem Şener açıqlama verib. O bildirib ki, Osimhenin "Mançester Yunayted" və ya "Arsenal"a transfer olacağı barədə iddialar var. Onun sözlərinə görə, futbolçunun “Real Madrid”ə transferi də müzakirə edilir. Futbol şərhçisinin sözlərinə görə, “Qalatasaray” Osimhenin əvəzinə ondan da böyük ulduz futbolçu alacaq. İddia edilir ki, həmin futbolçu yarımmüdafiə mövqeyində oynayır.
O bildirib ki, “Qalatasaray” rəhbərliyi ulduz futbolçu alaraq məşqçi Okan Buruka çempionluq hədiyyəsi edəcək.