Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
"Fənərbaxça"da tənqid hədəfi olan Joze Mourinyo ilə bağlı yeni iddia ortaya atılıb.
Mis.az xəbər verir ki, İngiltərə klubu Mourinyonun xidmətində maraqlıdır. "Bild" qəzetinin məlumatına görə, Çempionşipdə iştirak edən və yeni mövsüm üçün Premyer Liqaya vəsiqəni təmin edən “Lids Yunayted” Mourinyonu istəyir. Məlumata görə, klub Daniel Farke ilə yollarını ayıra bilər. Rəhbərlik İngiltərə Premyer Liqasına yüksələndən sonra kluba daha təcrübəli məşqçi gətirmək istəyir.
Klub rəhbərliyi Mourinyo ilə yanaşı hazırda "Bornmut"u çalışdıran Andoni İraolanın da namizədliyini nəzərdən keçirir.