Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
İstanbul şəhərində baş verən zəlzələ zamanı dağıntı və insan tələfatı olmayıb.
Mis.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Hallar Xidməti məlumat yayıb.
15:04
İstanbul şəhərində baş verən zəlzələ zamanı dağıntı olmayıb.
Mis.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
“Gələn bildirişləri də yoxlayırıq. Təhlükəsizlik bölmələrimiz, polis, jandarm və bələdiyyələrimiz yoxlamalar aparır. (Dağıntılarla bağlı) Təsdiqlənmiş hal yoxdur”, - nazir bildirib.
14:39
Türkiyə Fövqəladə Hallar Xidmətinin (AFAD) tərəfindən episentri İstanbulun Silivri rayonu sahillərində, Mərmərə dənizində təsbit edilən 6,2 bal gücündə zəlzələ Sakarya və paytaxt Ankarada da hiss olunub.
Mis.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
14:09
İstanbulda güclü zəlzələ olub.
Mis.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, Silivri sahilində 6,2 maqnitudalı, 7 km dərinlikdə zəlzələ baş verib.
Yeraltı təkanlar Mərmərədə hiss edilib.