Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Qarabağ Universitetinin İqtisadiyyat fakültəsi fənn müəllimi vakansiyaları elan edir.
Mis.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tələblərə cavab verən namizədlər məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın birinin və ya bir neçəsinin adını (nümunə: İqtisadiyyat istiqaməti üzrə müəllim; nümunə: Maliyyə, mühasibat və statistika istiqaməti üzrə müəllim) qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Ətraflı məlumat üçün: https://bit.ly/4cJyYXM
Qeyd olunub ki, son müraciət 5 may tarixinə qədərdir.