Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
"Fənərbaxça"nın Joze Mourinyonu istefaya göndərə biləcəyi iddia edilir.
Mis.az xəbər verir ki, "Kayserispor"la 3:3 hesablı heç-heçə edən "Fənərbaxça"da Mourinyonun uğursuz fəaliyyəti müzakirə edilir. Heç-heçədən sonra lider “Qalatasaray”la xal fərqi 5-ə yüksəlib. Türkiyə medasının məlumatına görə, mövsümün sonunda "Fənərbaxça" Joze Mourinyonu istefaya göndərə bilər. Mourinyonun “Reyncers”ə keçə biləcəyi irəli sürülür. “Fənərbaxça”nın Mourinyonun yerinə Karlo Ançelottinin namizədliyini nəzərdən keçirdiyi iddia edilir.
Mövsümün sonunda “Real Madrid”dən istefaya göndəriləcəyi irəli sürülən Karlo Ançelottinin adı Braziliya millisi və Səudiyyə klubları ilə də hallanır.