Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Son zamanlar "Whatsapp" da yazışmaların üçüncü şəxs tərəfindən oxunulması ilə bağlı məlumatlar paylaşılır. Lakin bu həqiqəti əks etdirmir. Çünki "WhatsApp"da yazışmaların məxfiliyi yüksək səviyyədə qorunur. Tətbiq "end-to-end encryption" - yəni ucdan-uca şifrələmə texnologiyasından istifadə edir.
Bu o deməkdir ki, mesaj yalnız göndərən və alan şəxs tərəfindən oxuna bilər. WhatsApp, Meta (Facebook), ya da üçüncü tərəflər bu yazışmaları görə bilmir.
Mis.az xəbər verir ki, söhbətlər cihazlarda saxlanılır, "WhatsApp"ın serverlərində mesaj məzmunu saxlanmır.
Amma bəzi hallarda telefonun özü təhlükəsiz deyilsə (yəni viruslu, ya da kiminsə əlindədirsə), bu zaman məxfiliyin qorunması zəifləyə bilər. Bulud ehtiyat nüsxələri (backup) - əgər siz WhatsApp mesajlarınızı "Google Drive" və ya "iCloud"a ehtiyat nüsxə olaraq saxlayırsınızsa, bu zaman həmin bulud platformaları şifrələmə sisteminə daxil ola bilər. Amma indi bu nüsxələr də əlavə şifrələmə ilə qorunur.