Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
İspaniyanın paytaxtı Madriddə “Laureus World Sports Awards-2025” mükafatlandırma mərasimi keçirilib.
Mis.az xəbər verir ki, ənənəvi tədbirdə ilin ən yaxşı idmançıları müəyyənləşib. Məşhur amerikalı gimnast Simona Baylz qadınlar arasında “ilin idmançısı” seçilib.
Kişilərdə isə şüvüllə tullanmada isveçli dünya rekordçusu Armand Duplantis bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, qaliblər 70-dən çox ölkənin idman jurnalistlərinin səsverməsi ilə müəyyənləşib.