Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
“Bayer Leverkuzen” Xabi Alonsonun “Real Madrid”ə getməsinə mane olmayacaq.
Mis.az xəbər verir ki, klub, Alonso “Real”ı çalışdırmaq istəsə razılıq verəcək. Bu barədə insayder Fabritsio Romano açıqlama verib. Fabritsio Romano bildirib ki, bununla bağlı “Bayer Leverkuzen”in baş direktoru Fernando Karro ona açıqlama verib. “Bayer Leverkuzen”in nümayəndəsi Xabi Alonso ilə klub arasında razılaşmanın detallarını da açıqlayıb. Onun sözlərinə görə, razılaşmada Xabi Alonsonun klubdan öz istəyi ilə ayrıla biləcəyinə dair bənd var.
Qeyd edək ki, “Real”ın məşqçisi Karlo Ançelottinin isefaya göndəriləcəyinə dair iddialar dərc edilib. Xabi Alonso və Yurgen Kloppun adı “Real”la hallanır.