Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
“Fənərbaxça” icarə əsasında “Qalatasaray”da oynayan “Napoli”nin futbolçusu Viktor Osimhenin xidmətində maraqlıdır.
Mis.az xəbər verir ki, "Qalatasaray" futbolçunun transfer haqqını əldə etməyə çalışarkən, “Fənərbaxça”nın da hərəkətə keçdiyi irəli sürülüb. Türkiyə mediasının iddiasına görə, “Fənərbaxça” transferlə bağlı Osimhenə təklif göndərib. Bildirilir ki, Osimhen və meneceri təklifi rədd ediblər. Osimhenin təklifin detallarını nəzərdən keçirmədən rədd etdiyi irəli sürülür.
Qeyd edək ki, Viktor Osimhenin İngiltərədə futbol oynamaq istədiyi irəli sürülüb. Məlumata görə, futbolçu İngiltərədə oynamaq istədiyi üçün digər təklifləri rədd edib.