Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Çinin paytaxtı Pekində keçirilən Yizhuang yarımmarafonunda insanabənzər robotlar da iştirak edib.
Mis.az xəbər verir ki, 21 kilometrlik yol boyunca 21 robot qaçıb.
İlk dəfə idi ki, robotlarla insanlar marafonda yarışıb. Yarış zamanı insanlar su içərkən robotların batareyaları dəyişdirilib.
"DroidVP" və "Noetix Robotics" kimi Çin şirkətlərinin istehsal etdiyi robotlar arasında boyu 120 santimetrdən qısa olanlar və 180 santimetrə çatan robotlar da olub.
Bundan əlavə, yarış boyu digər robotlara dəstək üçün izləyicilərin sırasında da robotlar yerləşdirilib.