Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Misli Premyer Liqasının XXXI turunda daha bir oyun keçirilib.
Mis.az xəbər verir ki, günün ilk matçında "Şamaxı" "Kəpəz"i qəbul edib.
Şamaxı şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:1.
Komandanın qollarını 27-ci dəqiqədə Alfons Msanqa, 67-ci dəqiqədə Brahim Konate vurub. Qonaqlardan 35-ci dəqiqədə Luis Paçu fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 34-ə çatdıran "Şamaxı" yeddinci pillədə qərarlaşıb. "Kəpəz" 28 xalla doqquzuncu sıradadır.