Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo heyəti tamamilə dəyişə bilər.
Mis.az xəbər verir ki, 11 futbolçu klubdan göndərilə bilər. Məlumata görə, "Fənərbaxça" çempion olsa belə, Mourinyo klubda qalacaq. "Sporx"un dərc etdiyi məlumata görə, "Fənərbaxça"nın növbəti mövsüm heyətində nəzərdə tutulmayan futbolçular arasında Dzeko, Tadiç, Cenk Tosun, Rodriqo Bekao, Serdar Əziz, Osayi-Samuel, Livakoviç və digərləri var. Bildirilir ki, Mourinyo futbolçuların oyunundan razı deyil.
Klub onları göndərərək, əldə edilən məbləğə yeni futbolçular transfer etməyi nəzərdə tutur.