Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti klubdan ayrılacaq.
Mis.az xəbər verir ki, Ançelotti mövsüm yekunlaşmadan klubdan göndəriləcək. "Sky Sports" nəşrinin xəbərinə görə, klub Ançelottini istefaya göndərməyə qərar verib.
Qeyd edək ki, "Real Madrid" UEFA Çempionlar Liqasının 1/4 finalında "Arsenal"a iki oyunun ümumi hesabla 1-5 hesabı ilə məğlub olub. "Bayer Leverkuzen"in məşqçisi Xabi Alonso və “Red Bull”da Qlobal Futbol Rəhbəri olan Yurgen Kloppun adı "Real"la hallanır. İddialara görə, Klopp “Red Bull”dakı işindən məmnun deyil. Məlumata görə, Klopp "Real Madrid"də və ya Braziliya millisində işləmək istəyir.