Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Kaliforniya qubernatoru Gavin Nevsom, ABŞ Prezidenti Donald Trampın Çin, Kanada və Meksika da daxil olmaqla ölkələrə tətbiq etdiyi gömrük rüsumlarına qarşı iddia qaldırıb.
Mis.az xəbər verir ki, bu barədə qubernator özü açıqlama verib. O bildirib ki, Tramp tariflər barədə qərar verərkən prezidentə maliyyə əməliyyatlarını yalnız xarici təhdidlərə qarşı dondurmaq və bloklamaq səlahiyyəti verən Beynəlxalq Fövqəladə İqtisadi Güclər Aktından istifadə etməsi qanuna zidddir. Bəyanatda deyilir ki, bu tariflərin qüvvəyə minməsi üçün sənəd Konqres tərəfindən də qəbul edilməlidir. Buna görə, qubernator iddiasında məhkəmədən tariflərin dayandırılması üçün tədbirlər tələb edib.
Qeyd edək ki, Kaliforniya ABŞ ştatları arasında ən böyük iqtisadiyyata malik ştatdır.