Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
"Aprelin 18-də saat 12:20-də Bakı-Quba yolunun 29-cu kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib".
Mis.az xəbər verir ki, bu barədə Oxu.az-a Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev məlumat verib.
Bildirilib ki, Fəzail Şadoğlan oğlu Cəlilovun idarə etdiyi "Hyundai Elantra" markalı, 99-BT-665 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən yolun kənarında dayanmış DAF markalı, 99-RR-219 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusuna çırpılıb.
Qəza nəticəsində "Hyundai" markalı avtomobilin sürücüsü Fəzail Cəlilov aldığı xəsarətlərdən hadisə yerində həlak olub.
Faktla bağlı araşdırma aparılır.